"Qarabağ" 3 xalı üç cavabsız qolla qazandı

Unibank Premyer Liqasında qış fasiləsindən sonra ötən şənbə və bazar günləri rəqiblər meydana qayıdıb yeni qüvvə ilə mübarizəni davam etdirməyə başlamışlar. Təkcə bakılı və lənkəranlı azarkeşlərin deyil, ölkənin bütün idman ictimaiyyətinin səbirsizliklə gözlədiyi "böyük oyun"da "Neftçi" və "Xəzər-Lənkəran" bir-birinin müqavimətini qıra bilməyərək heç-heçə ilə barışmış (0:0) və turnir cədvəlinin zirvəsində öz mövqelərində qalmışlar.
Turun ən böyük hesabı "Qarabağ" - "Qəbələ" qarşılaşmasında qeydə alınmışdır. Ağdam klubu Rəşad Sadıqovun "Əskişəhərspor"dan və Əfran İsmayılovun zədə ilə əlaqədar uzun ayrılıqdan sonra yenidən heyətə qayıdışını inamlı qələbə ilə qeyd etmişdir - 3:0.
Latviyalı mütəxəssis Aleksandr Starkov "Bakı"nın baş məşqçisi rolunda debütündə qələbə sevinci yaşaya bilməmişdir. Onun komandasının "Muğan"la görüşdə qazancı yalnız bir xal olmuşdur - 1:1. Türkiyəli Naci Şensoy isə "Turan"ın rəqib meydanında MOİK-i 2:0 hesabı ilə məğlubiyyətə uğratmasının şahidi olmuşdur. "İnter" də "Simur"u iki dəfə oyuna meydanın mərkəzindən başlamağa məcbur etmişdir - 2:0. AZAL - "Gəncə" görüşündə isə tamaşaçılar qol görməmişlər - 0:0.

Növbəti, 21-ci turun görüşləri fevralın 19-da (MOİK-"İnter", "Simurq" - "Neftçi", "Turan" - "Bakı") və 20-də ("Muğan" - "Qəbələ", "Gəncə" - "Qarabağ", "Xəzər-Lənkəran" - AZAL) keçiriləcəkdir.{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında