Qələbə və heç-heçə

Qrossmeyster Rauf Məmmədov Moskvada keçirilən "Aeroflot Open" beynəlxalq turnirinin növbəti iki turunda daha 1,5 xal qazanmışdır. Bu turlarda şahmatçımız ukraynalı İqor Kovalenkoya qalib gəlmiş və rusiyalı Dmitri Yakovenko ilə heç-heçəyə razılaşmışdır.
Dörd turdan sonra turnir cədvəlinə hələlik itkisiz irəliləyən vyetnamlı Le Quanq Lyöt başçılıq edir. Hərəyə 3,5 xal toplayan Yevgeni Tomaşevski və Mixail Kobaliya (hər ikisi Rusiya) liderdən yarım xal geri qalırlar. Yeddi iştirakçı, o cümlədən Məmmədov 3 xala malikdir.
Dünən keçirilən beşinci turda Azərbaycan şahmatçısı ağ fiqurlarla rusiyalı Nikita Vityuqova qarşı oynamışdır.
İtaliyanın Boloniya şəhərində finişə yaxınlaşmaqda olan beynəlxalq turnirdə isə Nərgiz Umudova altıncı turda İngiltərə təmsilçisi üzərində qələbə qazandıqdan sonra ertəsi gün Marçello Maloni (İtaliya) ilə heç-heçə oynamışdır. Yeddi turdan sonra Umudovanın 4 xalı vardır və o, lüksemburqlu lider David Albertodan 2 xal geri qalır.

{nl}


Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında