Azərbaycan idmanı uğurları ilə fəxr edə bilər!

Vidalaşmağa hazırlaşdığımız 2017-ci il Azərbaycanın bir çox idmançısı kimi, mənim üçün də uğurlu oldu. Mayda  gözəl paytaxtımız  Bakıda  yüksək  səviyyədə təşkil edilmiş,  müsəlman ölkələri  idmançılarının  əsl dostluq və qardaşlıq bayramına çevrilən   IV İslam Həmrəyliyi Oyunlarının çempionu adını qazandım, bundan bir qədər sonra isə Parısdə dünya çempionatının qızıl medalının sevincini yaşadım.

Üstəlik də, sərbəst güləşdə Azərbaycan tarixində  ilk üçqat dünya  çempionu oldum. Ölkəmizdə  qədim və zəngin  ənənələri ilə geniş şöhrət qazanmış  bir idman növündə üçqat dünya  çempionu adını daşımaq mənim üçün çox  qürurvericidir.

Əlbəttə ki, mənim, eləcə də idmançı dostlarımın  bütün uğurları dövlətimizin bizə  göstərdiyi daimi qayğı və diqqət sayəsində mümkün olmuşdur.  Azərbaycan idmançıları hər cür  qayğı ilə əhatə olunmuşlar. Ölkəmizdə məşq  və yarışlarda iştirakımız üçün gözəl  şərait  yaradılmışdır.

Bunun üçün hər zaman yanımızda olan, heç vaxt bizə köməyini əsirgəməyən Prezident İlham  Əliyevə minnətdarıq.  Biz  Azərbaycan  idmançıları möhtərəm dövlət başçımızın bu qayğısına dünya  və Avropa  çempionatlarında, Olimpiya oyunlarında  və digər mötəbər beynəlxalq yarışlarda qələbə və medallarla cavab verməyi özümüzə borc bilirik.

Bu gün mənə həmvətənlərimi Dünya Azərbaycanlılarının Həmrəyliyi  Günü  və Yeni il münasibətilə təbrik etmək imkanı  yaranmışdır. Bu imkandan məmnuniyyətlə istifadə edərək xalqımıza, o cümlədən idman ictimaiyyətimizə ən xoş arzularımı bildirirəm. İstəyirəm ki, artıq starta hazır olan  2018-ci il öz nailiyyətləri ilə  fəxr edən idmanımız üçün daha  uğurlu olsun, ölkəmizə daha çox medal qazandıraq.

Hacı ƏLİYEV,
Rio–2016 Olimpiadasının
bürünc mükafatçısı, sərbəst
güləş üzrə üçqat dünya çempionu


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında