İdman xəbərləri. Müdafiəçilər etibarlı oynamadılar, hücumlar da kəsərli deyildi

Birləşmiş Ərəb Əmirliklərində təlim-məşq toplanışını başa vuran Azərbaycan milli komandasının Dubayda Macarıstan yığmasına qarşı keçirdiyi yoldaşlıq görüşü göstərdi ki, futbolçularımızın hazırlığı hələ arzuolunan səviyyədən uzaqdır. Müdafiəçilər etibarlı oynamadılar, tez-tez sayıqlığı itirib öz sıralarında boşluqlar yaratdılar və bu da ümumən xoş təsir bağışlayan Kamran Ağayevin qoruduğu qapıya hər hissədə bir top vurulmasına gətirib çıxardı (0:2). Hücumlar da kəsərli deyildi.
Azərbaycan futbolçuları bütün oyun ərzində rəqibin cərimə meydançasında elə bir kəskin vəziyyət yarada bilmədilər. Macarlar yalnız bir neçə epizodda həyəcan keçirdilər. Sol cinahdan hücuma qoşulan Elnur Allahverdiyevin uzaqdan zərbəsindən sonra onların köməyinə qapı dirəyi gəldi, Ruslan Abışovla Vaqif Cavadovun yerinə yetirdikləri cərimə zərbələrindən sonra isə qapıçı yaxşı oynadı.
Avropa çempionatı seçmə yarışlarının 2011-ci il mərhələsi getdikcə yaxınlaşır. Yığmamız martın 29-da səfərdə Belçika komandası ilə keçirəcəyi çətin oyunu mübariz idman formasında qarşılamaq üçün hələ çox çalışmalıdır.
Həmin axşam seçmə turnirində rəqiblərimiz olan komandalar da yoxlama görüşlərində qüvvələrini sınamışlar. Almaniya-İtaliya, Belçika-Finlandiya, Belarus-Qazaxıstan matçlarında 1:1 hesabı qeydə alınmış, Türkiyə - Cənubi Koreya qarşılaşmasında hesab açılmamış, avstriyalılar isə hollandlara uduzmuşlar - 1:3.

{nl}


Səkkiz iddiaçıdan üçü
Qadın komandaları arasında Avropa Voleybol Konfederasiyasının "Çelenc" kubokuna doğru daha bir inamlı addım atan Azərbaycan klubları "İqtisadçı", "Lokomotiv" və "Azərreyl" dörddəbir final görüşlərindən də qalib ayrılıb yarımfinalda fəxri mükafat uğrunda mübarizəni davam etdirmək əzmindədirlər.
Dörddəbir finalda "İqtisadçı" Çexiyanın "Kralovo pole" klubu ilə qarşılaşacaq. "Lokomotiv"i Almaniyanın "Şveriner" voleybolçuları ilə iki görüş gözləyir. "Azərreyl"in isə rəqibi "Kanti" (İsveçrə) - "Salo" (Finlandiya) matçlarının qalibi olacaq.
Dörddəbir final mərhələsinin ilk oyunları fevralın sonuncu həftəsində keçiriləcəkdir. Bizim üçün çox fərəhlidir ki, "Çelenc" kuboku turnirində yoluna davam edən səkkiz iddiaçıdan üçü Azərbaycan klublarıdır. Deməli, qarşıda voleybol həvəskarlarımızı daha maraqlı hadisələr, daha gərgin oyunlar gözləyir.

{nl}


Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında