İdman xəbərləri. Azərbaycan-Macarıstan

Bakı vaxtı ilə saat 21-də Birləşmiş Ərəb Əmirliklərində təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının futbolçuları bu gün Dubayda Macarıstan yığması ilə yoldaşlıq görüşü keçirəcəklər. Bakı vaxtı ilə saat 21-də başlanacaq bu oyunu bizim azarkeşlər də izləmək imkanı qazanacaqlar. AzTV və "İdman Azərbaycan" kanalları görüşü canlı yayınlayacaqlar.
Dubay matçı hər iki komanda üçün Avropa çempionatı - 2012-nin seçmə yarışlarına hazırlıq xarakteri daşıyır. Xatırladaq ki, yığmamız bu il ilk seçmə görüşünü martın 29-da rəqib meydanında Belçika komandasına qarşı keçirəcəkdir.

{nl}


3 qızıl, 2 gümüş və 3 bürünc medal
Azərbaycanın gənclərdən ibarət yığma komandasının taekvondoçuları İsveçdə başa çatmış beynəlxalq turnirdə səkkiz dəfə fəxri kürsüyə dəvət olunmuşlar. Onlar 3 qızıl, 2 gümüş və 3 bürünc mükafatın sevincini yaşamışlar. Bu barədə məlumat verən azerisport.com-un yaydığı xəbərdə bildirilir ki, komandamızda ən böyük müvəffəqiyyəti Anar Mehdiyev (33 kq), Babək Əjdərli (37 kq) və Aliyə Zeynalova (29 kq) qazanmışlar. Onlara qızıl medallar təqdim olunmuşdur.
Tağı Tağızadə və Leyla Cəfərova (hər ikisi 33 kq) çıxışlarını gümüş mükafatla başa vurmuş, Mahmud Həsənov, Mirxanım Ağayeva (hər ikisi 41 kq) və Nicat Fərəcov (53 kq) isə üçüncü yeri tutmuşlar.

{nl}


"Uçuş" başlandı
Moskvada beynəlxalq təqvimdə ən nüfuzlu yarışlardan biri olub üç turniri özündə birləşdirən "Aeroflot Open" şahmat festivalına start verilmişdir. "A" turnirində Azərbaycanı təmsil edən Nicat və Rauf Məmmədovlar dünən axşam keçirilən birinci turda Rusiya şahmatçıları müvafiq surətdə Aleksandr Motılyov və Yevgeni Vorobyovla görüşmüşlər.
Bu turnirin mükafatları uğrunda bir çox məşhur rəqiblər, o cümlədən Qata Kamski (ABŞ), Dmitri Yakovenko (Rusiya), Maksim Vaşye-Laqrav (Fransa), Rüstəm Qasımcanov (Özbəkistan), Emil Sutovski (İsrail) və başqaları mübarizə aparırlar.
Festivalın "B" turnirinin iştirakçıları arasında isə üç həmyerlimiz vardır. Bunlar Ülvi Bacarani, Vasif Durarbəyli və Gülnar Məmmədovadır. Start turunda Ülvi və Vasifin də rəqibləri Rusiya şahmatçıları Aleksey İlyuşin və Şamil Arslanov olmuşlar. Gülnarı isə Monqolustan təmsilçisi ilə görüş gözləyirdi.

{nl}


Boloniyada iki qələbə və bir məğlubiyyət
Azərbaycan şahmatçısı, qadınlardan ibarət milli komandamızın üzvü Nərgiz Umudova İtaliyanın Boloniya şəhərində keçirilən beynəlxalq turnirin ilk üç turunda iki qələbə qazanmış və bir oyunda uduzmuşdur. Təmsilçimiz startda italiyalı rəqibinə qalib gəlmiş, ertəsi gün Filippin şahmatçısına uduzmuş, üçüncü turda isə Maria Bossonini (İtaliya) məğlubiyyətə uğradaraq 3 mümkün xaldan 2 xal toplamışdır.
Turnir doqquz turdan ibarətdir və onun mükafatları uğrunda 102 iştirakçı, o cümlədən 15 qrossmeyster mübarizə aparır. Dünən rəqiblər dördüncü turun görüşlərində qarşılaşmışlar. Umudova çernoqoriyalı qrossmeyster Milan Draskoya qarşı oynamışdır.

{nl}


Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında