“Beşiktaş” “Çelsi” ilə qarşılaşa bilər

UEFA Çempionlar Liqası turnirinin səkkizdəbir final mərhələsində mübarizəni davam etdirəcək 16  komandadan 8-i:  Türkiyənin “Beşiktaş”, İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Liverpul”, “Tottenhem”, İtaliyanın “Roma”, İspaniyanın “Barselona” və  Fransanın “Pari Sen-Jermen” klubları bu mərhələnin qapısını öz qruplarının qalibi kimi açmışlar.

Digər 8 komanda: “Real”, “Sevilya” (hər ikisi İspaniya), “Bazel” (İsveçrə), “Bavariya” (Almaniya), “Çelsi” (İngiltərə),  “Yuventus” (İtaliya), “Şaxtyor” (Ukrayna) və “Portu” (Portuqaliya) isə qruplarda finişə ikinci çatmışlar.

Səkkizdəbir  finalda görüşəcək rəqiblər dekabrın 11-də İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimində müəyyənləşəcək. Qrupların qalibləri ikinci yerləri tutmuş komandalarla qarşılaşacaqlar. Deməli, “Beşiktaş” qrup mərhələsində Azərbaycanın “Qarabağ” komandasının rəqibi olmuş “Çelsi” ilə görüşə bilər.

Qarşıdakı mərhələnin final oyunları 2018-ci ilin fevral-mart aylarında keçiriləcək.

Oqtay BAYRAMOV, “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında