Doqquzuncu turda uğursuzluq

Moskvada 12 rəqibin iştirakı ilə keçirilən gənc qrossmeysterlərin beynəlxalq turnirinin doqquzuncu turu Azərbaycan təmsilçisi Eltac Səfərli üçün uğursuz olmuşdur. Şahmatçımız rusiyalı Boris Qraçova uduzmuşdur.
Bu məğlubiyyət səkkiz turdan sonra iki qələbə və altı heç-heçə sayəsində yarışın dörd liderindən biri olmuş Səfərlinin turnir vəziyyətinə öz təsirini göstərmişdir. Finişə iki tur qalmış 5 xala malik Eltac liderlər Qraçov və belaruslu Sergey Jiqalkodan 1 xal geri qalır. Üçüncü-dördüncü yerləri bölüşdürən rusiyalı qrossmeysterlər Ernesto İnarkiyev və Sənan Syugirov isə 5,5 xal toplamışlar.
Lakin Azərbaycan şahmatçısı turniri mükafatçılar sırasında başa vurmaq imkanını hələ itirməmişdir. Bunun üçün o, son iki turda uğurlu nəticələrə nail olmalıdır.{nl}


Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında