Çətin futzal sınaqları

Bu ay Azərbaycanda keçiriləcək ən mötəbər yarışlardan biri, şübhəsiz, futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsi olacaq. Xəbər verdiyimiz kimi, fevralın üçüncü ongünlüyünə təyin edilmiş bu turnirdə yığmamızı İspaniya, Fransa və Qazaxıstan komandaları ilə görüşlər gözləyir. Püşk nəticəsində bu rəqiblər 1-ci qrupda yer almışlar və onlar arasında növbəti mərhələyə vəsiqə uğrunda mübarizənin necə gərgin keçəcəyini təsəvvür etmək çətin deyil.
Artıq oyunların təqvimi də məlumdur. Azərbaycanın futzal ustaları turnirə fevralın 24-də Qazaxıstan komandasına qarşı görüşlə başlayacaqlar. Ertəsi gün yığmamız fransızlarla "münasibətləri aydınlaşdıracaq". Fevralın 27-də isə Azərbaycan - İspaniya matçı oynanılacaq.
Dünən Bakı İdman Sarayında başlanmış beynəlxalq turniri də qarşıdakı Avropa çempionatının seçmə yarışlarına hazırlığın bir mərhələsi hesab etmək olar. Fevralın 8-dək davam edəcək turnirin mükafatları uğrunda Azərbaycan, Ukrayna, Latviya və Özbəkistan komandaları mübarizə aparırlar. Yığmamız dünən axşam keçirilən birinci turda Özbəkistan futzalçılarını sınağa çəkmişdir.

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında