Cavab görüşünü gözləyək...

Bakının "Rabitə" klubu qadın voleybol komandaları arasında Çempionlar Liqası turnirinin pley-off mərhələsinin ilk oyununda Çexiyada yerli "Modranska" kollektivinə uduzsa da (2:3; 25:19, 22:25, 19:25, 25:23, 19:21) Azərbaycan çempionunun pərəstişkarları paytaxtımızda cavab görüşünü böyük ümidlə gözləyəcəklər. Növbəti mərhələyə bu rəqiblərdən məhz hansının vəsiqə qazanacağı fevralın 10-da "Sərhədçi" İdman Olimpiya Mərkəzində keçiriləcək oyundan sonra məlum olacaq. "Rabitə" öz meydanında səfərdəki məğlubiyyətin əvəzinə artıqlamasilə çıxmaq üçün hər cür imkana malikdir.
Teleekran qarşısında şahidi olduğumuz kimi, voleybolçularımız ilk görüşdə gərgin mübarizədən sonra məğlubiyyətə uğradılar. Oyunun taleyi yalnız sonuncu, beşinci hissədə həll olundu.
İngilislərlə bir qrupda
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığma komandası növbəti Avropa çempionatının seçmə mərhələsində İngiltərə, Belçika, İslandiya və Norveç komandaları ilə birlikdə 8-ci qrupda mübarizə aparacaqdır. Bu, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında atılmış püşk nəticəsində məlum olmuşdur.
Yığmamız ilk oyunu sentyabrın 1-də rəqib meydanında İngiltərə futbolçularına qarşı keçirəcəkdir. Qrupların qalibləri, habelə ən yaxşı nəticə ilə ikinci yerləri tutacaq daha dörd komanda növbəti mərhələdə mübarizəni davam etdirmək hüququ qazanacaq.
Dörd liderdən biri - Eltac Səfərli
Moskvada keçirilən beynəlxalq şahmat festivalının gənc qrossmeysterlər turniri finişə yaxınlaşmaqdadır. Yarışda uğurla çıxış edən Azərbaycan təmsilçisi Eltac Səfərli əvvəlkitək liderlər qrupunda irəliləyir. Yeddinci və səkkizinci turlarda müvafiq surətdə belaruslu Sergey Jiqalkoya qalib gəlib, rusiyalı Aleksandr Raxmanovla heç-heçəyə razılaşan həmyerlimiz səkkiz görüşdə 5 xal toplamışdır.
Daha üç iştirakçı Boris Qraçov, Ernesto İnarkiyev (hər ikisi Rusiya) və Jiqalko da Səfərli ilə eyni nəticə göstərmişlər. Turnir cədvəlində beşinci mövqedə olan Rusiya şahmatçısı Sənan Syugirov dörd liderdən yarım xal geri qalır.
Dünən keçirilən doqquzuncu turda azərbaycanlı qrossmeyster ağlarla Qraçova qarşı oynamışdır. Bu günə və sabaha təyin edilmiş son iki turda isə Eltacı İnarkiyev və ukraynalı Yuri Kuzubovla görüşlər gözləyir.

{nl}


Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında