“Qarabağ” komandası UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib

Noyabrın 22-də UEFA Çempionlar Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində Ağdamın “Qarabağ” komandası Bakı Olimpiya Stadionunda Londonun “Çelsi” klubu ilə qarşılaşıb.

“Qarabağ”ın start heyətində İbrahim Şehiç, Qara Qarayev, Dmitri Medvedev, Miçel, Dino Ndlovu, Mahir Mədətov, Rəşad Sadıqov, Riçard Almeyda, Ansi Aqolli, Yakub Rzezniçak, Donald Gerye yer alıblar.       

London təmsilçisinin ilk on birliyində isə meydana Tibo Kurtua, Anton Rüdiger, Markos Alonso, Sesk Fabreqas, Nqolo Kante, Eden Hazard, Pedro Rodrigez, Davide Zappakosta, Villian, Sezar Azpiliketa və David Luiz çıxıblar.

Portuqaliyalı referi Manuel de Souzanın idarə etdiyi oyunda ilk təhlükəli vəziyyəti matçın 13-cü dəqiqəsində “Qarabağ” komandası yaradıb. Ndlovu-Medvedev kombinasiyasından sonra rəqibin cərimə meydançasında topa yiyələnən Miçelin qüvvətli zərbəsi qapı tirinə dəyib.

Görüşdə hesab matçın 21-ci dəqiqəsində açılıb. Referi “Qarabağ”ın cərimə meydançası daxilində yaranan mübahisəli epizodda “Çelsi”nin hücumçusu Villiana qarşı kobud oyuna görə kapitan Rəşad Sadıqova qırmızı vərəqə göstərib. “Qarabağ”ın qapısına təyin olunan 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirən Eden Hazard hesabı açıb – 0:1. Matçın 36-cı dəqiqəsində Eden Hazardın ötürməsindən sonra Villian hesab arasındakı fərqi iki topa çatdırıb – 0:2.

Komandalar fasiləyə bu hesabla yollanıblar.

Oyunun 73-cü dəqiqəsində portuqaliyalı referi “Qarabağ” komandasının qapısına ikinci dəfə  11 metrlik cərimə zərbəsi təyin edib. London klubunun ispaniyalı legioneri Sesk Fabreqas zərbəni dəqiq yerinə yetirərək hesab arasındakı fərqi daha da artırıb – 0:3. Qarşılaşmanın 85-ci dəqiqəsində isə Villian özünün ikinci, komandasının dördüncü qolunu rəsmiləşdirib – 0:4. Matç bu hesabla da başa çatıb.

Beləliklə, bu oyundan sonra hesabında 10 xal olan “Çelsi” klubu “C” qrupunda liderliyə yüksəlib. “Qarabağ” komandası isə 2 xalla qrupda sonuncu pillədədir.

Ağdamlılar qrupda sonuncu görüşü dekabrın 5-də səfərdə “Roma”ya qarşı keçirəcəklər.

Xatırladaq ki, UEFA Çempionlar Liqasının “C” qrupunda yer alan “Qarabağ” əvvəlki oyunlarda səfərdə “Çelsi”yə 0:6, doğma meydanda isə “Roma”ya 1:2 hesabı ilə məğlub olub. Ağdam təmsilçisinin “Atletiko Madrid” ilə hər iki görüşü heç-heçə başa çatıb – (0:0, 1:1).       

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında