“Beşiktaş” Türkiyəni sevindirir

İstanbulun “Beşiktaş” komandası vaxtından əvvəl UEFA Çempionlar Liqası turnirinin səkkizdəbir final mərhələsində oynamaq hüququnu özünə təmin etmişdir. Türkiyə futbolçuları qrup mərhələsinin sonuncudan əvvəlki, 5-ci turunda evdə Portuqaliyanın “Portu” komandası ilə heç-heçə oynamaqla (1:1) “G” qrupunda rəqibləri üçün əlçatmaz olmuşlar.

Həmin axşam bu qrupun digər görüşündə “Monako” (Fransa) “Leypsiq”ə (Almaniya) böyük hesabla uduzmuşdur–1:4.

Qrup mərhələsinin başa çatmasına bir tur qalmış 11 xala malik “Beşiktaş”ın lider mövqeyinə artıq heç nə mane ola bilməyəcək. Qrupdan səkkizdəbir finala ikinci vəsiqənin sahibi isə son turda müəyyənləşəcək. Bu vəsiqəyə “Portu” və “Leypsiq” namizəddirlər. Hazırda onların hərəsinin 7 xalı vardır. Dekabrın 6-da keçiriləcək son turda “Beşiktaş” Leypsiqdə qonaq olacaq, “Portu” isə “Monako”nu qəbul edəcək.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında