Heç-heçədən sonra qələbə

İspaniyanın Palma-de-Malyorka şəhərində 18 məşhur şahmatçının iştirakı ilə keçirilən Qran-pri turnirinin ilk iki turunda ən yaxşı nəticəni azərbaycanlı qrossmeyster Teymur Rəcəbov, fransız Maksim Vaşye – Laqrav, Levon Aronyan (Ermənistan) və Aniş Giri (Hollandiya) göstərmişlər. Liderlər hərəyə 1,5 xal toplamışlar.

Turnirin açılış günü ağ fiqurlarla rusiyalı Aleksandr Ryazantsevlə heç-heçəyə razılaşan Rəcəbov ikinci turda qaralarla ispan Fransisko Valyexoya qalib gəlmişdir.

İki turdan sonra liderlər turnir cədvəlində ən yaxın izləyiciləri  Hikaru Nakamura (ABŞ), Pyotr Svidler, Dmitri Yakovenko, Yevgeni Tomaşevski, Ernesto İnarkiyev (hamısı Rusiya), çinli Din Lijen, Pentala Harikrişna (Hindistan), Pavel Elyanov (Ukrayna) və norveçli Con Lüdviq Hammerdən yarım xal irəli çıxmışlar. Daha dörd iştirakçının isə 0,5 xalı vardır.

Dünən keçirilən 3-cü turda azərbaycanlı qrossmeyster ağlarla Giriyə qarşı oynamışdır.

Görüş heç-heçə nəticələnmiş və Rəcəbov xallarının sayını 2-yə çatdırmışdır.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında