Nicat Məmmədov Azərbaycan çempionudur

Kişilər arasında şahmat üzrə Azərbaycan çempionatı qrossmeyster Nicat Məmmədovun qələbəsi ilə başa çatmışdır. Çempion 12 iştirakçının mübarizə apardığı və dairəvi sistem üzrə keçirilən turnirdə 11 mümkün xaldan 8 xal toplamışdır.
İkinci mükafatı qalibdən 1 xal geri qalan Rüfət Bağırov qazanmışdır. Üç iştirakçı Qədir Hüseynov, Vasif Durarbəyli və Azər Mirzəyev finişə 6,5 xalla çatmışlar. Uçüncü yeri əlavə göstəricilərə görə Hüseynov tutmuşdur.

{nl}

Liderlərin yarım addımlığında
Azərbaycan şahmatçısı Eltac Səfərli Moskvada davam edən gənc qrossmeysterlərin beynəlxalq turnirində beş turdan sonra liderlər qrupundadır. Bu turlarda ABŞ təmsilçisi Hess Robertə qalib gəlib, bolqarıstanlı İvan Çeparinov, rusiyalılar Nikolay Çadayev, Sənan Syugirov və Yevgeni Alekseyevlə heç-heçə oynayan Səfərli 3 xal toplamış və Syugirovla 3-4-cü yerləri bölüşdürür.
Turnirin liderləri Sergey Jiqalko (Belarus) və Ernesto İnarkiyev (Rusiya) isə 3,5 xala malikdirlər. Dünən axşam keçirilən altıncı turda Eltac Rusiya şahmatçısı Mixail Krılovla görüşmüşdür.

{nl}


Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında