Azərbaycan Avropa çempionudur!

Kişi şahmatçılardan ibarət milli komandamız Yunanıstanın Krit adasında keçirilən Avropa çempionatının ötən şənbə və bazar günlərinə təsadüf etmiş yeddinci-səkkizinci turlarında Macarıstan və Rusiya komandalarına da qalib gələrək sonuncu, doqquzuncu turu turnir cədvəlinin zirvəsində qarşılamışdır. Hər iki matçda 3:1 hesabı qeydə alınmışdır.

Qrossmeysterlərimiz səkkizinci tura vahid lider kimi başlayan Rusiya komandası ilə görüşədək ikinci pillədə irəliləyirdilər və yalnız qələbə təqdirində qızıl medallar uğrunda mübarizədə onu sıxışdırıb özləri birinci mövqeyə yüksələ bilərdilər.

Belə də olmuş, Azərbaycan komandası qarşısında duran vəzifənin öhdəsindən məharətlə gəlmişdir. Prinsipial matçda Şəhriyar Məmmədyarov Aleksandr Qrişuku, Teymur Rəcəbov Yan Nepomnyaşini, Rauf Məmmədov Daniil Dubovu məğlubiyyətə uğratmışlar, təkcə Arkadi Naydiç Maksim Matlakova uduzmuşdur.

Azərbaycanı 40 komandanın nəticələrini əks etdirən turnir cədvəlində vahid lider mövqeyinə çıxaran qələbədən sonra millimizin xal ehtiyatı 13-ə çatmışdır. Cədvəldə onun ən yaxın izləyiciləri Rusiya və Ukrayna səkkiz turda hərəyə 12, dördüncü–altıncı yerləri bölüşdürən Almaniya, Türkiyə və Xorvatiya isə 11 xal toplamışlar.

Dünən axşam keçirilən sonuncu, doqquzuncu turda Azərbaycan millisi Ukrayna yığması ilə görüşmüşdür. Almaniya–Rusiya, Türkiyə–Xorvatiya matçları da medallar uğrunda mübarizədə az əhəmiyyət kəsb etmirdi.

Qadın komandalarının çempionatında isə Rusiya şahmatçıları səkkiz turda 16 mümkün xaldan 15 xal toplayaraq, qızıl medalları vaxtından əvvəl, finişə bir tur qalmış özlərinə təmin etmişlər. Növbəti dörd yeri tutan Gürcüstan və Polşa son tura 12, Ukrayna 11 və Türkiyə 10 xalla başlamışlar.

Ötən turda Fransa yığmasına 3:1 hesabı ilə qalib gələn Azərbaycan komandası (bu matçda Zeynəb Məmmədyarova və Ülviyyə Fətəliyeva qələbə qazanmışlar, Günay Məmmədzadə, Gülnar Məmmədova heç-heçə oynamışlar) İspaniya, İsrail, Hollandiya, Serbiya və Avstriya yığmaları ilə 9-13-cü yerləri bölüşdürür.

Millimiz Avropa çempionatında çıxışlarını dünən Serbiya komandasına qarşı görüşlə başa vurmuşdur.

Dünən Azərbaycan millisi Ukrayna komandası ilə heç-heçə oynamış – 2:2, Rusiya şahmatçıları isə Almaniya yığmasına qalib gəlmişlər – 3:1. Nəticədə Azərbaycan və Rusiya finişə eyni miqdarda 14 xalla çatmışlar. Millimiz əlavə göstəricilərə görə Avropa çempionu adını qazanmışdır. Üçüncü yeri 13 xalla Ukrayna komandası tutmuşdur.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında