“Bakı Open 2017” beynəlxalq şahmat festivalı

Noyabrın 12-dən 21-dək Novxanı qəsəbəsindəki “AF Hotel”də keçiriləcək “Bakı Open 2017” beynəlxalq şahmat festivalı Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 26-cı ildönümünə həsr ediləcək.

Festivalda şahmatçılarımızın qonaqları İran İslam Respublikası, Rusiya, Ukrayna, Qazaxıstan, Əfqanıstan, Monqolustan və digər ölkələrin təmsilçiləri olacaqlar. Festival iki qrupda keçiriləcək–açıq turnir və uşaqların turniri.

Açıq turnirdə azərbaycanlı qrossmeysterlərdən Rauf Məmmədov, Qədir Hüseynov, Eltac Səfərli, Zeynəb Məmmədyarova, Gülnar Məmmədova, Xanım Balacayeva və digərlərinin iştirakı gözlənilir. Turnir İsveçrə sistemi üzrə keçirilib doqquz turdan ibarət olacaq.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Şahmat Federasiyasının birgə təşkilatçılğı ilə keçiriləcək “Bakı Open 2017” beynəlxalq şahmat festivalı ölkəmizdə bu qədim və müdrik oyunun təbliği və daha da inkişaf etdirilməsi istiqamətində növbəti addım olacaq.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında