Minskdə II Avropa Oyunlarında 1000-dən çox KİV nümayəndəsi qeydiyyata alınacaq

Minskdə Avropa Oyunları–2019-da 1000 nəfərdən çox KİV nümayəndəsi akkreditasiya olunacaq.

Bunu oktyabrın 25-də Belarus Teleqraf Agentliyinin (BELTA) saytında keçirilmiş onlayn konfrans zamanı həmin ölkənin informasiya naziri Aleksandr Karlyukeviç bəyan edib.

Nazir deyib: Gözlənildiyinə görə, müxtəlif ölkələrdən 1000 nəfərdən çox KİV nümayəndəsi akkreditasiya olunacaq. Jurnalistlərin “Belarus”, “Yubileynaya”, “Orbita”, “Planeta” və “Turist” mehmanxanalarında yerləşdirilməsi nəzərdə tutulur.

“2019-cu il II Avropa Oyunlarının Müdiriyyəti” fondunun direktor müavini Anatoli Kotov da öz növbəsində bildirmişdir ki, KİV nümayəndələrinin qeydiyyata alınmasına Oyunlara təxminən bir il qalmış başlanılacaq. O, həmçinin qeyd edib ki, Minskdə II Avropa Oyunlarına 30 minə qədər xarici turistin gələcəyi gözlənilir.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında