Azərbaycanda keçiriləcək boks üzrə dünya çempionatında 100 ölkədən idmançıların iştirak edəcəyi gözlənilir

Yanvarın 31-də Azərbaycan Boks Federasiyasının (ABF) prezidenti Kəmaləddin Heydərov və Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) prezidenti Çinq Kuo Vu bu ilin sentyabr-oktyabr aylarında Bakıda dünya çempionatının keçirilməsi barədə müqavilə imzalamışlar.
Mərasimdən sonra keçirilən mətbuat konfransında Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov demişdir ki, bu gün imzaladığımız sənəd sentyabrda Bakıda keçiriləcək boks üzrə dünya çempionatını rəsmiləşdirmişdir.
Azərbaycanın bir çox mötəbər yarışlara ev sahibliyi etdiyini, bunun da növbəti bir addım olduğunu vurğulayan K.Heydərov qeyd etmişdir ki, yarışlarda iştirak edəcək nümayəndə heyətləri, məşqçilər və idmançılar Azərbaycan idmanının inkişafı ilə tanış olacaqlar.
AİBA-nın prezidenti Çinq Kuo Vu demişdir ki, Azərbaycanda keçiriləcək dünya çempionatı təkcə AİBA üçün böyük yarış deyil, bu həm də 2012-ci ildə London Olimpiadasına ilk lisenziya xarakteri daşıyır. Mötəbər yarışa ən azı 100 ölkənin idmançılarının qatılacağına ümid etdiyini söyləyən prezident vurğulamışdır ki, Azərbaycan beynəlxalq turnirləri çox yüksək səviyyədə təşkil edir.

{nl}


AzərTAc
 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında