Azərbaycan Boks Federasiyası ilə Beynəlxalq Həvəskar Boks Assosiasiyası arasında Bakıda boks üzrə dünya çempionatının keçirilməsi barədə müqavilə imzalanmışdır

Yanvarın 31-də Azərbaycan Boks Federasiyasının (ABF) prezidenti Kəmaləddin Heydərov və Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) prezidenti Çinq Kuo Vu bu ilin sentyabr-oktyabr aylarında Bakıda dünya çempionatının keçirilməsi barədə müqavilə imzalamışlar.
2010-cu ilin iyununda AİBA İcraiyyə Komitəsinin toplantısında beynəlxalq boks təşkilatı 2011-ci ildə təşkil olunacaq dünya çempionatını Azərbaycan paytaxtına həvalə etmişdir. Dünya çempionatı 2012-ci ildə keçiriləcək London Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıdığından yarışa həddən artıq böyük maraq vardır. Turnirdə 92 idmançı lisenziya qazanacaqdır. İlk 8 çəkidə yer alan boksçulardan 1-10-cu, 91 və 91 kq-dan artıq çəki dərəcəsində döyüşənlərdən isə 1-6-cı yeri tutanlar Olimpiya oyunlarına vəsiqə əldə edəcəklər.
Bu, Bakıda böyüklər arasında keçiriləcək ilk dünya çempionatı olacaqdır. Buna qədər Azərbaycanın paytaxtında gənclər və yeniyetmələr arasında dünya birincilikləri uğurla baş tutmuşdur. Qeyd edək ki, son illər ölkəmizdə ən nüfuzlu yarışlar - dünya və Avropa çempionatları yüksək səviyyədə təşkil olunmuşdur. Bütün bunlar isə dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğı sayəsində mümkün olmuşdur. Təsadüfi deyildir ki, beynəlxalq təşkilatlar Azərbaycanı dünyanın idman mərkəzlərindən biri kimi qəbul edirlər.
Sentyabrın 22-dən oktyabrın 10-dək Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçiriləcək dünya çempionatında 600-dən çox boksçunun iştirak edəcəyi gözlənilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında