Azərbaycanda Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı keçirilir

Hava və Ekstremal İdman Növləri Federasiyası Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə birlikdə 28-30 yanvar 2011-ci il tarixlərində Qusar rayonunun Ləzə kəndi yaxınlığındakı donmuş şəlalələrdə Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatını keçirir.
Çempionata Rusiya Federasiyası, Türkiyə və Ukrayna Respublikalarının idmançılarının qatılacağı gözlənilir. Qeyd edək ki, ölkəmizdə bu kimi yarışların keçirilməsi gələcəkdə idmançılarımızın buzadırmanma texnikasını təkmilləşdirməyə, müxtəlif ölkələrin bu sahədə təcrübələrini öyrənməyə, eyni zamanda, beynəlxalq alpinizm, qayayadırmanma və buzadırmanma təşkilatları ilə federasiyanın əlaqələrinin daha da genişləndirilməsinə və yarışların beynəlxalq tələblər səviyyəsində keçirilməsinə şərait yaradacaq.
Yarışda Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının "Dağ hazırlığı məktəbi", Respublika Alpinist Turist Klubu, Bakıdan "Ekosport", "A+A", "climb-club", "Bakı Dövlət Universiteti", Memarlıq və İnşaat Universitetinin "Edelveys", "Qərb Universitetinin idman klubu", Azərbaycan Turizm İnstitutunun "AMEAST", Qusardan "Salavat", "Qusar" və "Zirvə", İsmayıllıdan "Babadağ" klublarının 60 nəfərə yaxın idmançısı iştirak edəcək. Hava və Ekstremal İdman Növləri Federasiyasından aldığımız məlumata görə 2 turdan ibarət yarışın 29 yanvar 2011-ci il tarixində keçiriləcək I mərhələsində idmançılar mürəkkəblik üzrə, 30 yanvar 2011-ci il tarixində keçiriləcək II mərhələsində isə sürət üzrə özlərini sınayacaq.
Qeyd edək ki, Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatını idarə edəcək 20 nəfərlik hakimlər dəstəsinə keçən il Rusiyanın Kirov şəhərində Beynəlxalq Dağçılıq Federasiyası (UIAA) tərəfindən keçirilən seminarlarda müvafiq UIAA hakim-aspirantı dərəcəsini almış Yevgeniya Nəcəfova və Yaqub Əsədov tərəfindən təlim keçirilmişdir.
Ümid edirik ki, idmançılarımız Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatında müvəffəqiyyətlə iştirak edəcəklər.{nl}

Qəzənfər QASIMOV, "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında