Pnevmatik atıcılıq üzrə Bakı birinciliyi keçirilmişdir

Azərbaycan Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti (AKHVTİC) ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər təşkil edir.
Aprelin 24-də Yasamal rayonundakı 308 nömrəli məktəbdə AKHVTİC-nin təşkilatçılığı ilə pnevmatik atıcılıq üzrə Bakı birinciliyi keçirilmişdir. "Biz sənə inanırıq, əsgər!" devizi ilə keçirilən fərdi və komanda yarışlarında paytaxtın müxtəlif rayonlarının orta məktəblərinin 9-11-ci siniflərinin 60-a yaxın şagirdi iştirak etmişdir.
Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndələri ilə yanaşı, müxtəlif məktəblərin müəllim və şagirdlərinin də qatıldığı tədbirin iştirakçıları əvvəlcə məktəbdə ümummilli lider Heydər Əliyev guşəsini ziyarət etmişlər. Akt zalında davam edən tədbirdə çıxış edən Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti Respublika Şurasının sədri Novruzəli Orucov bildirmişdir ki, turnirin təşkil olunmasından məqsəd ümummilli lider Heydər Əliyevin xatirəsini yad etmək və məktəblilərə hərbi vətənpərvərlik hissləri aşılamaqdır. Çıxışlardan sonra qaliblər mükafatlandırılmışlar. 1-ci, 2-ci və 3-cü yerləri Binəqədi, Əzizbəyov və Nərimanov rayonunun məktəbliləri tutmuşlar.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında