“Bakı Belarusa möhkəm dostluq əli uzatdı və konkret kömək təklif etdi”

Belarus Teleqraf Agentliyinin (BELTA) yaydığı xəbərə görə, bu fikri sentyabrın 21-də Belarus Respublikasının idman və turizm naziri Aleksandr Şamko Avropa Olimpiya Komitələrinin (AOK) koordinasiya komissiyasının Təşkilat Komitəsi və “II Avropa Oyunlarının müdiriyyəti” fondunun nümayəndələri ilə birgə iclasında səsləndirmişdir.

Nazir çıxışında demişdir: –Avropa Oyunlarının keçirilməsi Belarusda və Avropada idmanın daha da inkişaf etdirilməsi və populyarlaşdırılması üçün mühüm və məsul layihədir. 2019-cu ildə keçiriləcək idman hadisəsi Belarusun və bütün iştirakçı ölkələrin idman, iqtisadiyyat və turizmin inkişafında əldə etdikləri nailiyyətlərin nümayişi üçün gözəl meydan olacaq. Belarus Avropa Oyunlarını keyfiyyətcə yüksək səviyyədə keçirmək üçün hər cür şəraitə malikdir: inkişaf etmiş idman infrastrukturu, yüksək səviyyəli beynəlxalq yarışların keçirilməsində zəngin təcrübə, bacarıqlı mütəxəssislər, habelə Belarus Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri Aleksandr Lukaşenko tərəfindən hərtərəfli yardım.

A.Şamko, həmçinin qeyd etmişdir ki, Belarusun öz üzərinə götürdüyü kontrakt öhdəliklərinin yerinə yetirilməsi gedişi Belarusun Baş naziri, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Andrey Kobyakovun nəzarətindədir. İdman nazirinin fikrincə, Bakıda təşkil edilmiş I Avropa Oyunlarında belə multiidman yarışlarının keçirilməsinin möhkəm özülü qoyulmuşdur. Nazir qeyd etmişdir ki, Bakı sadəcə, Belarusa Avropa Oyunlarının bayrağını ötürmədi, həm də möhkəm dostluq əli uzatdı və konkret kömək təklif etdi. Biz Azərbaycan Gənclər və İdman Nazirliyinin təcrübəsini və məsləhətlərini yüksək qiymətləndiririk.

Avropa Olimpiya Komitələri komissiyasının Təşkilat Komitəsi və “II Avropa Oyunlarının müdiriyyəti” fondunun nümayəndələri ilə birgə iclasında Avropa Oyunları müdiriyyətinin işinə, yarışların proqramına, iştirakçıların və qonaqların yerləşdirilməsinə, televiziya verilişlərinə, marketinq proqramına aid və digər məsələlər üzrə bir sıra mövzular müzakirə olunur. Biz dialoqa, həmçinin Avropa Olimpiya Komitələri nümayəndələrində maraq doğuracaq istənilən obyektlərin nümayişinə hazırıq. 2017-ci il sentyabrın 1-də kontraktın imzalanmasından sonra sənədin həyata keçirilməsinə və əməli tədbirlərin fəal mərhələsinə başlamışıq.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında