Afinadan Bakıya 10 medalla

Azərbaycan idmançıları Yunanıstan paytaxtında finişə çatmış yeniyetmələrin sərbəst güləş üzrə dünya birinciliyində beş dəfə fəxri kürsüyə dəvət olunmuşlar. Həmvətənlərimiz Afinanı 1 qızıl, 3 gümüş və 1 bürünc medalla tərk etmişlər.

Güləşçilərimizdən ən böyük müvəffəqiyyətin sevincini 42 kq çəki dərəcəsində bütün rəqiblərini məğlubiyyətə uğradaraq dünya birinciliyinin qalibi olmuş Əlihəsən Əmirli yaşamışdır.

Azərbaycan komandasında digər mükafatçılardan Mahir Məmmədzadə (50 kq), Turan Bayramov (58 kq) və Davud İbrahimov (69 kq) gümüş, Hacımurad Hacıyev (63 kq) bürünc medallar qazanmışlar.

Komanda hesabında yığmamız 61 xalla üçüncü olmuşdur. İlk iki yeri Rusiya (73) və ABŞ (66) komandaları tutmuşlar.

Sərbəst üsulla güləşənlərin uğurlarından sonra Azərbaycan təmsilçilərinin Afinadan ölkəmizə gətirdikləri mükafatların sayı 10-a çatmışdır. “Sərbəstlərdən” əvvəl yunan-Roma güləşçiləri 1 qızıl və 2 gümüş, qızlar isə 1 qızıl və 1 bürünc medal qazanmışdılar.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında