Universiada finişə yaxınlaşır

Taypeydə (Tayvan) XXIX Ümumdünya Yay Universiadası tədricən finişə yaxınlaşır. İdmanın 21 növündə 142 ölkə atletlərinin mübarizəsinə avqustun 30-da yekun vurulacaq.

Dünyanın ən güclü tələbə idmançılarının rəqabətində Azərbaycan növbəti medalını atletika yarışlarında qazanmışdır. Nazim Babayev üç təkanla tullanmaqda bütün rəqiblərindən yüksək nəticə göstərmiş və Universiadanın çempionu olmuşdur. Bununla da Azərbaycan idmançıları medallarının sayını 8-ə çatdırmışlar. Xatırladaq ki, N. Babayevdən əvvəl cüdoçu Zelim Kotsoyev (100 kq) və taekvondoçu Milad-Beiqi Hərçəqani də (80 kq) qızıl mükafatçı olmuşdular.

Digər dayanq ustaları Ayxan Tağızadə (68 kq) gümüş, Məhəmməd Məmmədov (63 kq), Səid Quliyev (74 kq), Radik İsayev (+87 kq) və cüdoçu Firudin Dadaşov (90 kq) bürünc medal qazanmışlar.

Dünənki startlaradək hesabında 8 medal –3 qızıl, 1 gümüş və 4 bürünc mükafat olan Azərbaycan yığması medalçı ölkələrin siyahısında Rumıniya komandası ilə 16-17-ci yerləri bölüşdürürdü.

Oqtay BAYRAMOV,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında