Təkcə bir medal

Parisdə yunan – Roma güləşi üzrə dünya çempionatının medalları uğrunda mübarizə aparmış Azərbaycanın səkkiz idmançısından yalnız biri ümidləri doğrultmuşdur. Elvin Mürsəliyev fərqlənmişdir.

Güləşçimiz 80 kq çəki dərəcəsində çıxışlarına rusiyalı ikiqat Olimpiya çempionu Roman Vlasov üzərində qələbə ilə başlamış, sonra  erməni əsilli Polşa təmsilçisi Edqar Babayana heç bir ümid yeri qoymamış (8:0), dörddəbir finalda mərakeşli rəqibindən də üstün olmuş, amma yarımfinalda gərgin mübarizədən sonra belaruslu Radzik Quliyevə uduzmuş, bürünc medal uğrunda  görüşdə isə Bolqarıstan güləşçisi Daniel Aleksandrova qalib gəlmişdir.

Təəssüf ki, Mürsəliyevin bürünc medalı yığmamıza elə bir sevinc gətirməmişdir. Elvinin yeddi komanda yoldaşı fəxri kürsüdən kənarda qalmışdır.

Komanda hesabında Azərbaycan yığması 22 xalla doqquzuncu olmuşdur. Mükafata layiq yerləri isə Rusiya (46 xal), İran (36) və Türkiyə (34) komandaları tutmuşlar.

Dünən Fransa paytaxtında dünya çempionatı qadın güləşçilərin görüşləri ilə davam etdirilmişdir.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında