“Seltik”, “Sevilya”, “Napoli”...

UEFA Çempionlar Liqası turnirinin pley-off mərhələsinin avqustun 22-də keçirilmiş cavab görüşlərindən sonra qrup yarışlarına ilk beş vəsiqənin sevincini Şotlandiyanın “Seltik”,  İtaliyanın “Napoli”, Yunanıstanın “Olimpiakos”, İspaniyanın “Sevilya” və Sloveniyanın “Maribor” klubları yaşamışlar. İndi bu xoşbəxt komandalar yollarına Avropa klub futbolunun nəhəngləri ilə bir sırada, qrup sınaqlarında davam edəcəklər.

Pley-off mərhələsində iki oyunun yekununda şotlandlar Qazaxıstanın “Astana” komandasından üstün olmuşlar (Qlazqoda 5:0-dan sonra “Astana Arena”da 3:4), “Napoli” hər iki görüşdə Fransanın “Nitsa” klubuna iki cavabsız qolla qalib gəlmiş, Yunanıstanın “Olimpiakos”u Xorvatiyanın “Riyeka” kollektivindən güclü olmuş (ümumi 3:1 hesabı ilə), “Sevilya” futbolçuları “Başakşehir”ə (Türkiyə) qalib gəlmişlər – 2:1-dən sonra 2:2) “Maribor” isə “Hapoel”i (Beer – Şeva, İsrail) mübarizədən kənarlaşdırmışdır – evdə 1:0, səfərdə 1:2.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında