Taekvondoda gümüş medal

Taypeydə (Tayvan) XXIX Ümumdünya Yay Universiadasının növbəti yarış günündə daha bir Azərbaycan idmançısı çıxışlarını fəxri kürsüdə başa vurmuşdur.

Taekvondoçu Ayxan Tağızadə (68 kq) Fransa, Böyük Britaniya, İspaniya və Ermənistan təmsilçilərinə qalib gələrək finala çıxmış, ancaq həlledici görüşdə rusiyalı rəqibinə uduzub gümüş mükafatçı olmuşdur.

Bu, Azərbaycanın tələbə idmançılarının Universiadada artıq üçüncü medalıdır. Xəbər verdiyimiz kimi, Tağızadədən əvvəl cüdoçular Zelim Kotsoyev (100 kq) qızıl, Firudin Dadaşov (90 kq) isə bürünc mükafat qazanmışlar.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında