Rauf Məmmədov Əbu-Dabidə

Dünən axşam Əbu-Dabidə (Birləşmiş Ərəb Əmirlikləri) başlanmış beynəlxalq şahmat turniri öz bayrağı altına 132 iştirakçı, o cümlədən 46 qrossmeyster toplamışdır. Onların arasında Rauf Məmmədov başda olmaqla Azərbaycan şahmat məktəbinin bir qrup yetirməsi də var.

Qrossmeysterimiz reytinqə görə turnir iştirakçılarının siyahısında onunla eyni göstəriciyə malik misirli Amin Bassemlə (hər ikisinin göstəricisi 2680-dir) ikinci-üçüncü pillələrdədir. Yarışın ən yüksək reytinqli şahmatçısı isə ingilis Naycel Şortdur (2688).

Turnir İsveçrə sistemi üzrə keçirilir və doqquz turdan ibarətdir.

Əgər R.Məmmədov və digər təmsilçilərimiz ­Əbu-Dabidə çıxışlarına yenicə başlayırlarsa, onların həmvətəni Zaur Məmmədov Praqada finişə çatmış beynəlxalq turnirdən artıq qayıtmışdır. Özü də böyük uğurla!

Şahmatçımız Çexiya paytaxtında inamla çıxış edərək 9 mümkün xaldan 8 xal toplamış və birinci yeri tutmuşdur.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında