“Real”ın Superkubok sevinci

Makedoniyanın paytaxtı Skopyedə Çempionlar Liqası turnirinin sonuncu qalibi İspaniyanın “Real” (Madrid) komandası ilə Avropa Liqasının çempionu İngiltərənin “Mançester Yunayted” klubu arasında keçirilmiş UEFA Superkuboku uğrunda oyun 2:1 hesabı ilə ispanların xeyrinə başa çatmışdır.

Bu, “Kral klubu”nun belə yarışlarda dördüncü uğurudur. Əvvəllər “Real” UEFA Superkubokuna 2002, 2004 və 2016-cı illərdə sevinmişdi.

 

Praqa turnirində

 

Çexiyanın paytaxtı Praqada keçirilən beynəlxalq şahmat turnirinin mükafatları uğrunda 135 rəqib, o cümlədən 10 qrossmeyster mübarizə aparır. Onların arasında Azərbaycan şahmat məktəbinin bir qrup yetirməsi də vardır.

 Turnir 9 turdan ibarətdir. İlk 6 turda təmsilçilərimizdən ən yaxşı nəticəni Zaur Məmmədov və Fərid Mustafayev göstərmişlər. Altıncı turda onlar müvafiq surətdə qazaxıstanlı Janat Sayına və çex Petr Neumana qalib gələrək xal ehtiyatlarını 5-ə çatdırmışlar.

Finişə üç tur qalmış turnir cədvəlinə başçılıq edən rumın Viorel İordaçesku isə 5,5 xal toplamışdır.

Oqtay BAYRAMOV,  “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında