Qrossmeysterlərimizin ilk rəqibləri

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov sentyabrın 2-dən 27-dək Tbilisidə keçiriləcək şahmat üzrə Dünya kuboku yarışının start mərhələsi-1/64 finalda çinli Li Quancu ilə görüşəcək, Teymur Rəcəbov isə fəxri mükafat uğrunda mübarizəyə Farer adaları nümayəndəsi Xelqa Dam Zaskuya qarşı oyunla başlayacaq.

Bu, Beynəlxalq Şahmat Federasiyasının (FİDE) öz saytında yenicə dərc etdirdiyi cədvəldən məlum olmuşdur. Dünya kuboku yarışında norveçli dünya çempionu Maqnus Karlsen başda olmaqla 128 rəqib iştirak edəcək. Turnirdə uduzan şahmatçı mübarizəni dayandıracaq və mərhələdən-mərhələyə iştirakçıların sayı ikiqat azalacaq.

Hər mərhələdə rəqiblər bir-birinə qarşı iki görüş oynayacaqlar  (ağlar və qaralarla). Əgər iki oyundan sonra hesab heç-heçə olarsa, qalibi tay-breyk müəyyənləşdirəcək.

Dünya kuboku yarışının finalçıları gələn il keçiriləcək iddiaçıların turnirinə vəsiqə qazanacaqlar.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında