“Qızıl” üstəgəl iki “bürünc”

Azərbaycan idmançıları Finlandiyanın Tampere şəhərində başa çatmış gənclər arasında sərbəst güləş üzrə dünya birinciliyinin startında qazandıqları qızıl medala ertəsi gün daha iki mükafat əlavə etmişlər.

Artıq xəbər verildiyi kimi, turnirin birinci günü 50 kq çəki dərəcəsində çıxış edən Şahin Muxtarov bütün rəqiblərinə, o cümlədən həlledici final görüşündə Karen Zurabyana (Ermənistan) qalib gələrək fəxri kürsünün zirvəsinə yüksəlmişdir.

Dünya birinciliyinin ikinci günü isə Əfqan Xaşalov (55 kq) və Hacımurad Məhəmmədsəidov (84 kq) bürünc mükafatlara sevinmişlər. Onlar üçüncü yer uğrunda həlledici görüşlərdə müvafiq surətdə iranlı və hindistanlı rəqiblərini məğlubiyyətə uğratmışlar.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında