“Qarabağ” – “Kopenhagen”

Azərbaycan futbolu tarixində ilk dəfə olaraq ölkəmizi UEFA Çempionlar Liqası turnirinin pley-off görüşlərində təmsil edəcək Ağdamın “Qarabağ” komandası bu mərhələdə Danimarkanın “Kopenhagen” klubu ilə qarşılaşacaq. Bu, dünən UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilmiş püşkatma mərasimində məlum olmuşdur.

Pley-off mərhələsində ilk görüşlər avqustun 15/16-da, cavab matçları isə bundan bir həftə sonra oynanılacaq. Ölkə çempionumuz ilk oyunu avqustun 15-də öz meydanında keçirəcəkdir.

Avqustun 1-də ­“Şerif” (Moldova) səddi də dəf edildikdən sonra “Kopenhagen”lə görüşlər “Qarabağ”ın tarixində ən mühüm oyunlar olacaq. Azərbaycan təmsilçisi Avropa  klub futbolunun 1 nömrəli turniri olan Çempionlar Liqasının qrup mərhələsinin astanasındadır. Ümid edək ki, “Qarabağ”ın ölkə futbolu tarixinə daha bir parlaq səhifə yazmasına  az qalır.

O.BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında