Avropa Atıcılıq Federasiyasının bayrağı Macarıstana təqdim olunub

Bakıda keçirilən atıcılıq üzrə Avropa çempionatına yekun vurulub.

Yarışların son günündə Avropa Atıcılıq Konfederasiyasının texniki nümayəndəsi Villi Qril deyib: “Bir aya yaxındır Bakıdayıq. Ötən müddətdə burada yaxşı dostluq əlaqələri qurduq. Bu il artıq üçüncü dəfədir Azərbaycandayıq. Qəbələdə keçirilən dünya çempionatı, IV İslam Həmrəyliyi Oyunları və Avropa çempionatı çox yüksək səviyyədə təşkil olunmuşdur”.

Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov çempionatın ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdarlığını bildirib. O qeyd edib ki, çempionatın yüksək səviyyədə təşkili üçün bütün kollektiv səylə çalışıb.

Daha sonra Azərbaycan Atıcılıq Federasiyasının işçilərinə və yarışlarda əməyi keçənlərə diplomlar təqdim olunub.

Tədbirin sonunda Avropa Atıcılıq Federasiyasının bayrağı 2018-ci ildə çempionatın keçiriləcəyi Macarıstan Atıcılıq Federasiyasının nümayəndəsinə təqdim edilib.

Qeyd edək ki, Bakıda Avropa çempionatının keçirildiyi 13 gün ərzində 79 dəst medal qazanılıb.

AZƏRTAC

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında