Bu gün “Qarabağ”ın rəqibi məlum olacaq

Azərbaycan futbolu tarixində ilk dəfə olaraq ölkəmizi UEFA Çempionlar Liqası yarışlarının pley – off mərhələsində təmsil edəcək Azərbaycanın “Qarabağ” komandası qitə klub futbolunun ən mötəbər turnirinin qrup mərhələsində oynamaq hüququ qazanmaq üçün hansı rəqibə qalib gəlməlidir? Futbol ictimaiyyətimizi çox maraqlandıran bu suala  tezliklə cavab alacağıq.

UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında püşkatma mərasiminin başlanmasına artıq saatlar qalır. Mərasimə Bakı vaxtı ilə bu gün saat 14-də start veriləcək və bir neçə dəqiqədən sonra Çempionlar Liqasının qrup mərhələsinin bir addımlığında olan Ağdamın “Qarabağ” komandasının rəqibi məlum olacaq. Azərbaycan çempionunun potensial rəqibləri sırasında Yunanıstanın “Olimpiakos”, Şotlandiyanın “Seltik”, Danimarkanın “Kopenhagen”, Kiprin APOEL, Sloveniyanın “Maribor” klublarını qeyd edə bilərik. Şübhəsiz, onların da hamısı çox iddialıdır. Buna baxmayaraq, qəzetimizin dünənki sayında dediyimiz kimi, bu gün də qeyd edə bilərik, futbol ictimaiyyətimiz möhkəm əmindir ki, “Qarabağ” tarixində ən mühüm addımı da atmağı bacaracaq!

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında