Almaniyadan altı medalla

Berlində 40-a qədər ölkədən 500-dən çox cüdoçunun iştirakı ilə keçirilmiş oğlan və qızlar arasında Avropa kuboku yarışlarına yekun vurulmuşdur. Almaniyada 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan Azərbaycan idmançıları turnirdə altı dəfə fəxri kürsüyə yüksəlmişlər.

Təmsilçilərimiz arasında ən böyük müvəffəqiyyətə Nəzakət Əzizova (52 kq), Kəramət Hüseynov (60 kq) və Zelim Kotsiyev (100 kq) nail olmuşlar. Onlar bütün görüşlərdə qələbə qazanaraq, qızıl medalların sevincini yaşamışlar.

Gümüş mükafat qadınların turnirində 48 kq çəki dərəcəsində çıxış edən və yalnız finalda uduzan Leyla Əliyevaya təqdim olunmuşdur. Nümayəndə heyətimizə bürünc mükafatları isə Yaqub Cavadov (66 kq) və Naim Hüseynov (81 kq) qazandırmışlar.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında