Beş azərbaycanlı könüllü İtaliya Qran – prisinə göndərilir

Bu il Bakıda uğurla baş tutmuş Azərbaycan Qran-prisindən əvvəl keçirilən təlimlərdə əldə etdiyi hərtərəfli biliyə və həmçinin yarış zamanı göstərdiyi yüksək fəallığa görə seçilən 5 könüllü Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) hesabına sentyabrın 3-də İtaliyada baş tutacaq Qran-priyə yola düşəcək.

Fevralın 2-də elan edilmiş müsabiqəyə əsasən, Azərbaycan Qran-prisinin 3 min könüllüsü yarış zamanı göstərdikləri fəallığa görə qiymətləndirilib və yüksək fəallığı ilə seçilən 260 könüllü növbəti mərhələyə buraxılıb. İkinci mərhələdə sözügedən könüllülər yarışa hazırlıq ərəfəsində Bakı Şəhər Halqası Akademiyasında keçirilmiş seminarlar, “Formula-1”,  Avropa və Azərbaycan Qran-priləri və ümumilikdə “Formula-1” tarixindən test üsulu ilə hazırlanmış imtahanda iştirak ediblər.

Qalib könüllülərin adları Azərbaycan Qran-prisi könüllüləri üçün təşkil edilmiş “Təşəkkür” mərasimində Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Arif  Rəhimov və şirkətin şöbə müdiri  İranə Əhmədova tərəfindən elan edilib.

Könüllülərdən Əhməd Şahbalayev, Sitarə Şərifzadə, Haqverdi Məmmədov, Emin Əlizadə və Səkinə Qəhrəmanzadə ən yüksək nəticə nümayiş etdirərək müsabiqənin qalibləri adına yiyələniblər. Qalib olan könüllülər sentyabrın 3-də İtaliyaya səfər edərək Qran-pri yarışını tribunada canlı izləyə biləcək və həmçinin həmkarları ilə qarşılıqlı əməkdaşlığa dair fikir və təcrübə mübadiləsi aparmaq imkanına sahib olacaqlar.

BŞHƏŞ- in icraçı direktoru Arif Rəhimov qalib könüllüləri təbrik edib, onlara  tövsiyələrini verib: “Azərbaycan Qran-prisinin uğurla həyata keçirilməsində könüllülər xüsusi rol oynadılar. Buna görə sizə minnətdarıq! Könüllülük inkişafa gedən yolda ilk addımdır və inanıram ki, Bakı Şəhər Halqasının  bu istiqamətdə atdığı addımlar  sizin daha da yüksək nəticələr əldə etməyiniz  üçün gözəl şərait yaradacaqdır.”

BŞH Əməliyyat Şirkətinin insan resursları və işçi qüvvəsi şöbəsinin müdiri İranə Əhmədova qalibləri təbrik edərək,  gələcək yarışların könüllülərinə  daha fəal olmağı arzulayıb.

Daha sonra Bakı Şəhər Halqası rəhbərliyi  seçilən könüllüləri təbrik edib, onlara bu işgüzar  səfərdə uğurlar arzulayıb.

Əfsanə BAYRAMQIZI, 
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında