Bakıda "World Masters" beynəlxalq turniri başa çatdı

Bakıda reytinq xalları verən "World Masters" seriyasından ikinci beynəlxalq turnir başa çatmışdır.
İki gün davam edən turnirdə 42 ölkəni təmsil edən 300-dən çox idmançı mübarizə aparmışdır. "Sərhədçi" Olimpiya İdman Mərkəzində iki dəfə Azərbaycanın dövlət himni səsləndirilmiş, dörd dəfə bayrağımız ucalmışdır. Azərbaycan idmançılarının uğurlu çıxışları ilə yaddaqalan mübarizələr bir daha sübut edir ki, onlar bütün idman növlərində olduğu kimi, cüdoda da ən güclülər sırasındadırlar. Təsadüfi deyildir ki, idmançılarımız bu gərgin yarışda komanda hesabında 3-cü yeri tutmuşlar.
Gərgin mübarizə şəraitində davam edən turnirdə idmançılarımızın qazandığı 4 medalın ikisi qızıl, ikisi gümüşdür. Fəxri kürsünün yüksək pilləsinə 81 kq-da Elnur Məmmədli və 90 kq-da Elxan Məmmədov qalxmışlar. Bürünc medallara isə İlqar Müşkiyev (60 kq) və Tərlan Kərimov (66 kq) sahib olmuşlar.
Digər çəkilərdə qızıl mükafatları Yaponiya, Rusiya, Özbəkistan, Monqolustan, Koreya, Portuqaliya və Fransa cüdoçuları qazanmışlar.
Bakı turnirinin mükafat fondu 200 min ABŞ dolları idi. Turnirin qaliblərinə 6 min dollar verilmişdir və onların dünya reytinq vərəqlərinə 400 xal hesablanacaqdır. Gümüş mükafatçıların hər biri 4 min dollar və 240 xal, bürünc mükafatçılar 2 min dollar və 160 reytinq xalı almışlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında