“Qarabağ” yüksək iddiasını elə ilk oyunda göstərdi

Bizim günlərdə Azərbaycan klub futbolunun şəriksiz lideri və təbii ki, bütün ölkəmizin sevimlisi Ağdamın “Qarabağ” komandası UEFA Çempionlar Liqasının növbəti turnirində çətin mübarizəyə yüksək iddialarla başladığını elə ilk oyunda inamla təsdiq etdi.

Tofiq Bəhramov adına Respublika Stadionunda Gürcüstan çempionu Samtredia şəhərinin eyniadlı  klubunun qapısına vurulan beş cavabsız top Qurban Qurbanovun komandasının üçüncü təsnifat mərhələsinin qapısını ikinci raundun artıq start görüşündə açdığına elə bir şübhə yeri qoymur.Belə böyük üstünlükdən sonra çempionumuzun üçüncü mərhələyə “bileti” itirəcəyini düşünmək ağlabatan deyil.

“Qarabağ”ın elə açılış matçında pərəstişkarlarını “qol yağışı” ilə sevindirməsi, ilk dəqiq zərbələrini çox gözlətməməsi, hələ birinci hissədə üç top fərqlə üstünlük qazanması xüsusi qeyd olunmalıdır.On bir metrlik zərbə ilə hesabı açan Əfran İsmayılov, təxminən on dəqiqə ərzində iki dəfə fərqlənən, bu zaman penalti zərbəsində Əfrandan geri qalmayan Dino Ndlovu, habelə oyunun axırına yaxın”Qarabağ”ın haitili legioneri Vild-Donald Gerye və Miçelin Ansi Aqolli, Mahir Mədətov və digər oyundaşlarının köməyi ilə qonaqlqrı beş dəfə görüşə mərkəzdən başlamağa məcbur etmələri Ağdam klubunun oyuna yüksək səviyyəli hazırlığının nəticəsi idi.

Amma hesab nə qədər böyük olsa da, şübhəsiz, “Qarabağ”arxayınlaşmağı ağlına belə gətirmir və iyulun 18-də Tbilisidə keçiriləcək cavab görüşünü də tam hazırlıqla qarşılamaq əzmindədir.

Maraqlıdır ki, həmin axşam Çempionlar Liqasının ikinci təsnifat mərhələsində keçirilmiş digər üç oyunda da bütün  qolları yalnız qalib komandalar vurmuşlar: “Partizan” (Serbiya)-“Buduçnost” ­(Çernoqoriya)-2:0, “Riyeka” (Xorvatiya) – “Nyu Seynts” (Uels)- 2:0 “Hibernians” (Malta)-“Zalsburq” (Avstriya)-0:3

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında