Teymur Rəcəbov iki turdan sonra vahid liderdir

Azərbaycan şahmatının liderləri Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov İsveçrənin Cenevrə şəhərində keçirilən FİDE-nin Qran-pri yarışları seriyasından üçüncü mərhələ turnirinə inamla başlamışlar. Start turları hər iki təmsilçimizə sevinc gətirmişdir.

Yarışın birinci günü Aniş Giriyə (Hollandiya) qalib gələn Rəcəbov ikinci turda dəqiq gedişlərlə ukraynalı Pavel Elyanovu da məglubiyyətlə barışmaga məcbur etmişdir.

Məmmədyarov isə turnirin birinci günu Boris Gelfandla (İsrail) heç-heçəyə razılaşdıqdan sonra növbəti görüşdə rusiyalı qrossmeyster Ernesto İnarkiyev üzərində qələbə qazanmışdır.

İlk iki oyunda yüzfaizli nəticə göstərib 2 xal toplayan Rəcəbov Cenevrə Qran-prisinin turnir cədvəlində vahid lider mövqeyinə yüksəlmişdir.Turnirin 18 iştirakçısından təkcə Teymur hər iki görüşdən qalib ayrılmagı bacarmışdır.

Cədvəldə liderin ən yaxın izləyiciləri Məmmədyarov, ingiltərəli Maykl Adams, Aleksandr Qrişuk (Rusiya), Levon Aronyan (Ermənistan) və Pentala Harikrişna (Hindistan) liderdən yarım xal geri qalırlar.

Doqquz turdan ibarət olan turnirdə dünən üçüncü raundun görüşləri keçirilmişdir.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında