İDMAN XƏBƏRLƏRİ

“Zirə” Lüksemburqda

 

Azərbaycanın “Zirə” klubu bu gün UEFA Avropa Liqası turnirinin birinci təsnifat mərhələsi çərçivəsində cavab görüşündə meydana çıxacaq. Təmsilçimiz Lüksemburqda yerli “Differdandj” komandasının qonağıdır.

Bir həftə əvvəl bu rəqiblər arasında “Dalğa Arena”da keçirilmiş ilk oyunda Azərbaycan futbolçularının xeyrinə qeydə alınmış 2:0 hesabı iki oyunun yekununda onların ilk səddi uğurla keçəcəklərinə futbol ictimaiyyətimizdə güclü inam yaratmışdır. Komanda da öz növbəsində ona olan inamı doğrultmaq əzmindədir.

Lüksemburqda “Differdandj”–“Zirə” görüşü bu gün Bakı vaxtı ilə saat 21.00-da başlanacaq. Oyunu Boris Marqetkanın başçılığı ilə slovakiyalı hakimlər briqadası idarə edəcək.

Avroliqada daha bir təmsilçimiz  Bakının “İnter” komandasının bu gün Serbiyanın “Mladost” klubunu qəbul edəcəyini də xatırladaq. Bu rəqiblərin cavab matçı saat 21-də “Dalğa Arena”da başlanacaq. İlk oyundan sonra hesab bakılıların xeyrinə 3:0-dır.

 

Qrossmeysterlərimiz liderlər qrupunda

 

Bu günlər Fransada keçirilən 4-cü açıq beynəlxalq şahmat turniri öz bayrağı altına 144 iştirakçı toplamışdır. Onlardan 18 nəfəri, o cümlədən Azərbaycan təmsilçiləri Eltac Səfərli və Qədir Hüseynov qrossmeysterdir.

Turnir İsveçrə sistemi üzrə keçirilir və doqquz turdan ibarətdir. Start turları hər iki şahmatçımız üçün uğurlu olmuşdur. Səfərli də, Hüseynov da dörd görüşdə hərəyə 3,5 xal toplayaraq, liderlər qrupunda irəliləyirlər.

 

FİDE Qran-prisi

 

Bu gün İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Şahmat Federasiyasının (FİDE)Qran-pri yarışları seriyasından 3-cü mərhələ turnirinə start veriləcəkdir.

İlk iki mərhələdə olduğu kimi, bu dəfə də turnirdə 18 qrossmeyster çıxış edəcək. Onlardan ikisi Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovdur.

Qran-prinin Cenevrə mərhələsi doqquz  turdan ibarətdir və iyulun 15-də başa çatacaq.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında