Finalda qələbə topunu Almaniya vurdu

Rusiya stadionlarında iki həftə davam edən FİFA Konfederasiyalar Kuboku turniri ötən bazar günü Sankt-Peterburqda Çili – Almaniya görüşü ilə başa çatmışdır. “Sankt-Peterburq” stadionunda oynanılmış həlledici matçın taleyini 20-ci dəqiqədə almanların hücumçusu Lars Ştindlin vurdugu yeganə qol həll etmiş və DÇ-2018-in seçmə mərhələsində Azərbaycan millisinin rəqibi Almaniya yığması fəxri mükafatı öz Vətəninə aparmışdır.

Üçüncü yer uğrunda görüş isə elə həmin gün Moskvanın “Spartak” stadionunda keçirilmişdir. Bu oyunda Portuqaliya komandası əlavə vaxtda Meksika  millisi üzərində qələbə qazanmışdır – 2:1.

Dörd görüşdə rəqib qapılarına 3 top vuran almaniyalı hücumçu Tino Verner turnirin ən məhsuldar oyunçusu hesab edilmişdir. Onun komanda yoldaşları Leon Qoretska və Lars Ştindl də hərəyə 3 qolun müəllifi olmuşlar. Əlavə göstəricilərə görə, (iki məhsuldar ötürmə) üstünlük Vernerə verilmişdir.

 

Ukraynalı Nikolay Balakin

 

UEFA Avropa Liqası yarışlarının birinci təsnifat mərhələsinə Serbiyada “Mladost” klubu üzərində inamlı qələbə ilə başlayan (3:0) Azərbaycanın “İnter “ komandasının bu rəqiblə cavab görüşünü ukraynalı hakimlər briqadası idarə edəcəkdir. Baş hakim funksiyasını Nikolay Balakin yerinə yetirəcək.

Oyun iyulun 6-da “Dalğa Arena”da keçiriləcək və saat 21-də başlanacaq.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında