Cüdo üzrə beynəlxalq "Masters" turnirinin təntənəli açılış mərasimi keçirilmişdir

Yanvarın 15-də "Sərhədçi" İdman Olimpiya Mərkəzində cüdo üzrə beynəlxalq "Masters" turnirinin təntənəli açılış mərasimi keçirilmişdir.
Mərasimdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Cüdo Federasiyasının prezidenti Füzuli Ələkbərov dünya miqyaslı turnirlərin Azərbaycanda keçirilməsinin xoş bir ənənə halını almasını vurgulamışlar. Azərbaycan idmançıları hər dəfə məsul yarışlarda - dünya və Avropa çempionatlarında, Olimpiya oyunlarında yüksək nailiyyətlər qazanaraq Vətənin şərəfini layiqincə qoruyaraq, beynəlxalq dairələrdə onun nüfuzunu daha da artırmışlar. Azərbaycanda idmanın inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Hazırda bu siyasət Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.
Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer turnirin yüksək səviyyədə təşkil olunduğuna görə Prezident İlham Əliyevə və Azərbaycan Cüdo Federasiyasına təşəkkür bildirmiş, yarışın iştirakçılarına uğurlar arzulamış və layiq olanların yüksək pilləyə qalxacağına əminliyini vurğulamışdır.
Daha sonra M.Vizer gənclər və idman naziri Azad Rəhimovu Beynəlxalq Cüdo Federasiyasının medalı ilə təltif etmişdir.
Azərbaycan Respublikası Dövlət Himni səsləndirildikdən sonra "Masters" turnir açıq elan olunmuşdur.
Yarışda 42 ölkədən 300-dən çox idmançı iştirak edir.
Təntənəli açılış mərasimindən sonra final görüşləri başlamışdır.

{nl}


AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında