“Formula-1” Azərbaycan Qran-prisində təşkilatçılıq yüksək səviyyədədir

Fransanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə “Formula-1” yarışlarının dördqat dünya çempionu “Renault Sport” komandasının məsləhətçisi Alen Prostun mətbuat konfransı keçirilib. Alen Prost deyib: “Azərbaycan Qran-prisində iştirak etmək böyük şərəfdir.  Bütün məsələlər ən yüksək səviyyədə təşkil edilib və texniki baxımdan şəhər yarışa hazırdır. Eyni zamanda, sevindiricidir ki, “Formula-1” yarışının coğrafiyası genişlənir. Bir sözlə “Formula-1” Azərbaycan Qran-prisinin təşkilatçılığını çox bəyəndim”.

Əfsanəvi pilot Bakı şəhər trekinin konfiqurasiyasını xüsusi vurğulayaraq bildirib: "Trek uzun və mürəkkəb olmaqla yanaşı darısqal döngələri ilə çox maraqlıdır. Məncə, bu, təqvimdə ən çətin və ən maraqlı mərhələlərdən olacaq. Trasın mürəkkəbliyi həm də sərbəst yürüşlərdə baş verən qəzalarda özünü göstərdi. Ümid edirəm ki, növbəti iki gündə pilotlar səhvlərdən qaça biləcəklər".

Prost qeyd edib ki, Konstruktorlar Kubokunda 7-ci yerdə olan "Renault" komandası 5-ci yer uğrunda mübarizə aparmağa çalışacaq. Lakin o, Bakıda bu məqsədə nail olmağın çətin olduğunu bildirib.

Anar TURAN,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında