Frederik Af Petersens: Təşkilatçılığa söz ola bilməz

“Formula-1” yarışlarını  işıqlandıran əcnəbi jurnalistlərdən biri də isveçli Frederik Af  Petersensdir. Onun bu idman növünün işıqlandırılmasında zəngin təcrübəsi var, odur ki, fəxri media təmsilçisi olaraq dəvət edilib. Onunla “Hilton” otelində jurnalistlər üçün yaradılmış Media Mərkəzində gərgin iş rejimindən sonra görüşüb söhbətləşdik. İsveçli jurnalist dedi: 

– Mənim üçün həmişə yeni bir ölkəyə gəlmək maraqlıdır. Artıq ikinci dəfədir ki, “Formula-1” yarışlarını işıqlandırmaq üçün Bakıya gəlirəm.  Vaxtilə neft sənayesinin yaradılması və  inkişafında xidmətləri olmuş “Nobel qardaşları” şirkətinin fəaliyyət göstərdiyi Bakıya gəlmək, həqiqətən də, mənim üçün maraqlı və xoşdur. Bakını bəyəndim.  Keçən il Bakını xeyli gəzdim. Burada həm müasirliyi, həm də qədimliyi görmək mümkündür. İnsanları gülərüz və  mehribandır.  Azərbaycanın fərqli və özünəməxsus mədəniyyəti var. Bakını, xüsusilə də İçərişəhəri  gəzərkən çoxlu foto çəkmişəm. Hətta orada şəkil çəkərkən bir pişik diqqətimi cəlb etdi, sanki öz baxışı və duruşu ilə bunu deyirdi: “İçərişəhərin ağası mənəm”, Bakı haqqında ancaq müsbət təəssüratlarım var.

– Yarışların təşkilatçılıq səviyyəsini necə qiymətləndirirsiniz?

– Bakı yarışlara çox gözəl hazırlaşıb. Təşkilatçılığa söz ola bilməz. Media mərkəzində jurnalistlərin işləməsi və oyunları işıqlandırması üçün hər cür şərait yaradılıb. Mənim fikrimcə, irad tutulmalı bir şey yoxdur.

– Bəs “Formula-1” Azərbaycan Qran-prisindən başqa ölkəmizlə bağlı başqa mövzuda məqalə hazırlamağı düşünürsüzmü?

– Əlbəttə. Hətta gələn il dəvət gələrsə,  Bakıya “ Formula-1” yarış günündən bir neçə gün əvvəl gəlməyi planlaşdırıram. İstərdim ki, Bakıdan kənar bölgələrə də səyahət edib gəzim, özüm üçün yeni məkanlar kəşf edim.  Ümumiyyətlə, hansısa ölkəyə iş fəaliyyətimlə əlaqədar gedəndə çalışıram ki, oranın özünəməxsusluğu, mədəniyyəti, o ölkə ilə bağlı əsas məqamlarla daha yaxından tanış olum və  öyrənim.

Söhbəti qələmə aldı:
Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

Foto müəllifindir


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında