“Formula-1” pilotlarının avtoqraf sessiyası

“Formula -1” üzrə Azərbaycan Qran-prisi çərçivəsində ­Bakının Dənizkənarı Bulvarında F1 pilotları – “Red Bull Racing” komandasından Daniel Rikkiardo və Maks Ferstappenin, “Scideria Ferrari” komandasından Sebastyan Fettel və Kimi Raaikonen, “Mercedes”dən Valtteri Bottas və Luis Hamiltonun, “Renault Sport” dan Niko Hulkenberq və Colion Palmerin avtoqraf sessiyası keçirilir. Bu barədə “Milli.az”məlumat verib.

 “Red Bull” pilotları Daniel Rikkiardo və Maks Ferstappenin avtoqraf sessiyasında azarkeşlərin böyük ajiotajı yaşanıb.

Qeyd edək ki, M.Ferstappen sərbəst yürüşdə hamını ­qabaqlayaraq ən yüksək nəticə göstərib.

                      

T.Volff: Üç-dörd komanda qələbə uğrunda mübarizə aparacaq

 

“Mercedes Motorsport”un rəhbəri Toto Volff müsahibəsində bildirib ki, cümə günü sərbəst yürüşlərdən sonra 10-cu yerdə qalan Hamiltona görə narahat deyillər.

Hamilton birinci sərbəst yürüşlərdə 5-ci, ikincidə isə 10-cu yeri tutub. Bu barədə “F-1.az” xəbər verib.

“Mercedes” komandasının digər sürücüsü Valtteri Bottas isə birinci sessiyada 6-cı, ikinci sessiyada 0,1 saniyə fərqlə ikinci yeri tutub.

Toto Volff, həmçinin deyib ki, Bakıda üç-dörd komanda rəqabətədavamlı görünür. Yarışın gedişində bunu görmək mümkündür.

Ülviyyə VAHİDQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında