Bakıda “Formula-1” həyəcanı əyləncə proqramı ilə davam edib

İyunun 24-də Azərbaycan Qran-prisinin ikinci gününün həyəcanlı və maraqlı anlarından sonra azarkeşlər axşam saatlarında yenidən “Formula-1” Şəhərciyinə toplaşıblar.

“Formula-1” Azərbaycan Qran-prisinin sıralanma turundan sonra məşhur müğənni Nikol Şerzinger Bakıda səhnəyə çıxıb. Öz gözəl səsi və ifaları ilə “Formula-1” Şəhərciyinə toplaşanlara maraqlı anlar yaşadan müğənni öz hit mahnılarını səsləndirərək Bakı tamaşaçısına unudulmaz anlar yaşadıb.

N.Şerzinger “Pussycat Dolls” qrupunun solisti olan zaman bu kollektivin “Grammy” musiqi mükafatına namizədliyi irəli sürülmüşdü. Bu dövr ərzində Nikol 16 milyonu solo olmaqla, ümumilikdə 37 milyon sinql satışı ilə dünya rekorduna sahib olub.

Nikol Şerzingerdən sonra səhnəyə mahnıları ən çox satılan, məşhur və ən yenilikçi qruplardan olan “The Black Eyed Peas” çıxıb.

Həyəcanverici və dinamik konsert proqramı ilə musiqili gecəyə yekun vurulub.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında