“Formula-1” Azərbaycan Qran-prisinin sıralanma yürüşündə “Mercedes”in pilotları üstün olublar

“Formula-1” Azərbaycan Qran-prisinin ikinci günündə - iyunun 24-də avtoidman həvəskarları maraqlı idman mübarizəsinin şahidi olublar.

Əvvəlcə üçüncü sərbəst yürüş təşkil olunub. Gərgin idman mübarizəsi şəraitində keçən yürüşdə “Mercedes” komandasının pilotu Valterri Bottas 1 dəqiqə 42.742 saniyəlik nəticə ilə bütün rəqiblərini qabaqlayaraq birinci olub.

Kimi Raykkonen ("Ferrari") ikinci, Luis Hamilton ("Mercedes") isə üçüncü yeri tutub.

Daha sonra “Formula-1” Azərbaycan Qran-Prisinin sıralanma turu keçirilib.

"Mercedes"in pilotları Luis Hamilton (1 dəqiqə 40,593 saniyə) və Valtteri Bottas (+0,434 saniyə) ən yaxşı nəticəyə imza atıblar. Onlar müvafiq olaraq, ilk iki pillədə qərarlaşıblar. İlk üçlüyü "Ferrari"nin pilotu Kimi Raykonnen (+1,100 saniyə) tamamlayıb.

Sıralanma turundan sonra “Formula-1” Azərbaycan Qran-prisinin start düzülüşü müəyyənləşib. İyunun 25-də saat 17:00-da baş tutacaq həlledici mərhələnin start düzülüşü aşağıdakı kimi olacaq: Luis Hamilton, Valtteri Bottas (hər ikisi "Mercedes"), Kimi Raykonnen, Sebastian Fettel (hər ikisi "Ferrari"), Maks Ferstappen ("Red Bull Racing"), Serxio Peres, Esteban Okon (hər ikisi "Force İndia"), Lanse Stroll, Felipe Massa (hər ikisi "Williams"), Daniel Rikkardo ("Red Bull Racing"), Daniil Kvyat, Karlos Sainz (hər ikisi "Toro Rosso"), Kevin Maqnussen ("Haas"), Niko Hulkenberq ("Renault"), Paskal Verlein ("Sauber"), Fernando Alonso ("McLaren"), Romain Qrojan ("Haas"), Markus Eriksson ("Sauber"), Stoffel Vandurne ("McLaren"), Colion Palmer ("Renault").

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında