Azərbaycan Taekvando Federasiyasının vitse-prezidenti beynəlxalq qurumun icraiyyə komitəsinin üzvü seçilib

Koreya Respublikasının Muju şəhərində Dünya Taekvando Federasiyasının növbəti Baş Assambleyası keçirilib. Toplantıda Azərbaycanı ATF-in vitse-prezidentləri Nağı Səfərov və Niyaməddin Paşayev təmsil ediblər.

Azərbaycan Taekvando Federasiyasından (ATF)  bildirilib ki, iclasda ötən dörd il ərzində müxtəlif ölkələrdə təşkil edilən yarışlar, tətbiq edilən yeni qaydalar və qarşıdakı yarışlara ev sahibliyi məsələləri müzakirə olunub.

Tədbirdə qurumun komitələrinə seçkilər keçirilib. Belə ki, 2005-ci ildən quruma rəhbərlik edən və bu vəzifəyə yeganə namizəd Çunq Von Ço yenidən DTF-in prezidenti seçilib. Seçki qaydalarına bir sıra dəyişikliklər edildiyinə görə Kontinental Taekvando birliklərinin seçilmiş prezidentləri birbaşa olaraq, DTF-nın vitse-prezidenti postunda yer alıblar. Digər iki vitse-prezident isə DTF-nın prezidenti tərəfindən yaxın günlərdə təyin ediləcək.

ATF-in vitse-prezidenti Nağı Səfərova növbəti dəfə etimad göstərilib. O, yenidən Avropa Taekvando Birliyinin icraiyyə komitəsinə üzv seçilib.

AZƏRTAC

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında