Türkiyəli məşhur pop müğənnisi Tarkan “Formula-1” azarkeşlərinə unudulmaz anlar yaşadıb

“Formula-1” Azərbaycan Qran-prisinin ilk günündə – iyunun 23-də Türkiyənin məşhur müğənnisi Tarkan Bakıda avtoidman azarkeşlərinin qarşısında səhnəyə çıxıb.

AZƏRTAC xəbər verir ki, meqastar Dənizkənarı Milli Parkda “Formula-1” həvəskarları üçün ən məşhur ifalarını səsləndirib.

Bir neçə gün öncə “10” adlı musiqi albomunu təqdim edən müğənninin mahnıları sahib olduğu xüsusiyyət baxımından geniş ərazini əhatə edir. Onun repertuarında Yaxın Şərqin zaman keçdikcə canlı qalan və valehedici musiqisi ilə müasir dövrün ən çox sevilən Qərb musiqi növlərindən, o cümlədən rok, pop və oyun havalarından ibarət mahnılar yer alır. Fərqli janrda olan musiqiləri özünəməxsus tərzdə ifa edən Tarkanın mahnılarının özünüməxsusluğu onun güclü ritmdir. Bu gün Avropadan Asiyaya, oradan da Avstraliya və Latın Amerikaya qədər müxtəlif millətləri və mədəniyyətləri təmsil edən milyonlarla insan onun ifalarını sevərək dinləyir.

Tarkanın enerjili və coşğulu ifaları onu dinləməyə gələnlərə unudulmaz gecə yaşadıb.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında