“Formula-1” Azərbaycan Qran-prisi telekommunikasiya xidmətləri ilə təchiz olunub

Bu gün Bakıda start götürən “Formula-1” Azərbaycan Qran-prisi çərçivəsində digər qurumlarla yanaşı, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi də üzərinə düşən vəzifələrin icrasını layiqincə yerinə yetirib. Nazirlik tərəfindən yarışların telekommunikasiya xidmətləri ilə yüksək səviyyədə təminatı üçün bütün zəruri tədbirlər görülüb.

Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən bildirilib.

“Bakı Şəhər Halqası Əməliyyat Şirkəti”nin ehtiyacına uyğun olaraq, mövcud infrastrukturdan istifadə etməklə tələb olunan sayda və istiqamətlərdə optik liflər, həmçinin beynəlxalq çıxışları təmin edilməklə telefon xətti ayrılıb.

Bununla yanaşı, “Bakı Şəhər Halqası” keçən küçə və prospektlərdə kabel-kanalizasiya qurğularının lazımi mühafizəsi təmin edilib.

Eyni zamanda, dayanıqlı, yüksəksürətli internet  təminatı üçün müvafiq işlər görülüb. Belə ki, radio rabitə xidmətlərinin, TV yayımının etibarlı şəkildə təmin edilməsi üçün yüksək parametrlərə malik optik kabel və 1000 ədəddən çox radiotezlik nominalı ayrılıb.

AZƏRTAC

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında