M.Zurer: Bakı trasında təkər problemi olmayacaq

“Formula-1”-in məşhur təmsilçisi Mark Zurer  müsahibəsində  bildirib ki,  Bakı yarışının favoriti  Luis Hamiltondur.  Bu barədə “F1.az” məlumat verib.

Qeyd edək ki, 32 yaşlı britaniyalı sürücü Bakıda  keçənilki “Formula-1” yarışında hər  üç  sərbəst yürüşdə birinci olsa da, növbəti turlarda  qəza səbəbindən yarışa 10-cu yerdən başlamış və  yekunda beşinci olmuşdur.

M. Zurer deyib: “Soçi və Monreal trasları Mercedes üçün oyanış zəngi kimi oldu. Bakı həm Mercedes, həm də Hamilton üçün bir testdir. Şəhər tipli tras olsa da, uzun düz  yolları  var. Mercedes indiyə kimi təkərlərdən  istifadə etməkdə çətinlik çəkib, lakin Bakıdakı tras  Monakodakından  daha sürətli olduğu üçün təkər problem yaratmayacaq.

Red Bull üçün çətin həftəsonu olacaq. Force İndia isə istənilən trasda güclü görünür. Williams ilə aralarında çətin rəqabət olacaq. Massa və Stroll aerodinamika cəhətdən daha üstün ola bilərlər. Ferrari bütün traslarda sürətlidir və sürücüləri təkərləri temperaturda saxlaya bilirlər. Bu hal onlara üstünlük qazandıracaq. Keçən il işləri çətin olsa da, bu il fürsətləri var”.

Ülviyyə VAHİDQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında